Azərbaycanda fiziki şəxslərin depozitlərinin həcmi 1 iyul 2022-ci il tarixinə 10 milyard 378.6 milyon manat təşkil edib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə, bu depozitlərin 5 milyard 736.4 milyon manatı müddətli, 4 milyard 642.2 milyon manatı isə tələbli depozitlər olub.
Müddətli depozitlərin həcmi son bir ayda 1.4 faiz artdığı halda, tələbli depozitlərin həcmi 1.9 faiz azalıb.