2022-ci ilin iyun ayı ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakın sayı açıqlanıb.
Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 29 118 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, onun 16 681- və ya 57.3%-i torpaq sahələridir.
İyunda mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakın 7 268-i və ya 25%-i mənzillərdir.
Ötən ay həmçinin, 4 164 fərdi yaşayış və bağ evi üzərində analoji qeydiyyat aparılıb.
1 005 mülkiyyət hüququ isə digər daşınmaz əmlak növlərinə aid olub.