8 C
Baku
Thursday, December 12, 2024

İyunda “European Tobacco-Baku”nun səhmdarları 2018-ci ilin nəticələrini müzakirə edəcəklər

İyunun 22-də “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə cəmiyyətin elanında deyilir.

“Yığıncaqda səhmdarlar müəssisənin idarəetmə orqanlarının 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair illik hesabatı təsdiq etməlidirlər”, – məlumatda deyilir.

Bundan əlavə, səhmdarlar dividendlərin ödənilməsi məsələsini müzakirə edəcəklər.

“European Tobacco-Baku” ASC 2000-ci ildə Bakı Tütün Kombinatının bazasında yaradılıb. ASC-nin səhmlərinin 92,5%-i Britaniyanın “European Tobacco Inc” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər