İyunda kriptovalyuta ticarətinin həcmi 40%-dən çox azalıb

“CryptoCompare” hesabatına görə, dünyanın hər yerindəki onlayn platformalarda kriptovalyuta ticarətinin həcmi iyun ayında may ayına nisbətən 42.7% azalıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ticarətin çökməsinin səbəbi bitkoinin qiymətinin enməsi, o cümlədən Çin rəhbərliyinin maynerlərə və onlayn birjalara qarşı aqressiv siyasət yürütməsi olub. Qeyd edək ki, iyun ayında bitkoin 6% ucuzlaşaraq 28.9 min dollara düşüb.

Beləliklə, ötən aydakı ticarətin həcmi cəmi 2.7 trilyon dollar təşkil edib, birjalarda maksimum günlük göstərici isə 42.3% aşağı düşüb.

“Binance” ticarət həcmi baxımından dünyanın ən böyük kriptobirjası olaraq qalır. Orada həyata keçirilən əməliyyatlar 668 milyard dollar dəyərində qiymətləndirilir. Bu, may ayı göstəricilərindən 56% aşağıdır. İkinci yeri “Huobi Global” tutur (162 milyard dollar, -40.2%), ilk üçlüyü isə “OKEx” birjası bağlayır (141 milyard dollar, -41.6%).


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.