13 C
Baku
Tuesday, October 22, 2024

İyunda pomidor 1-ci, albalı və gilas 2-ci olub

İlin ilk 6 ayı ərzində Azərbaycanın ixracının dəyəri 8.8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27.1 faiz artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13.2 faizə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk 6 ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (123.6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121.9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107.9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

2021-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (36.6 milyon ABŞ dolları) birinci, albalı və gilas (29.3 milyon ABŞ dolları) ikinci və qızıl (20.5 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər