11 C
Baku
Monday, November 25, 2024

İyunda Ukraynaya Aİ-yə üzv namizəd statusu veriləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin iyunda baş tutacaq görüşündə Ukraynaya üzv namizəd statusu veriləcək.

Bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.

Baş nazirin müavini deyib ki, sənədlərin Aİ-yə ötürülən hissəsi artıq işlənib.

O qeyd edib ki, Aİ-yə namizəd statusunun əldə edilməsi imkanlarını qiymətləndirmək üçün sorğunun doldurulmuş birinci hissəsi Avropa Komissiyasına göndərilib. Hazırda ikinci hissə üzərində iş gedir.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bu yay yekun rəy verəcəyini vəd edib.

Beləliklə, Ukraynanın 2024-cü ildə tam şəkildə Aİ-yə daxil olması baş tuta bilər.

Son xəbərlər
Digər xəbərlər