2 C
Baku
Wednesday, February 4, 2026

İyundan bağlamaları yeni qaydada bəyan etməliyik – Xəbərdarlıq

Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq.

Bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən “Smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara xəbərdarlıq bildirişi göndərilib.

Belə ki, əvvəllər şəxsiyyət vəsiqəsinin FİN kodu ilə sayta və tətbiqə daxil olmaq mümkün idisə, artıq bunun üçün identifikasiya nömrəsi yetərli deyil: “2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”.

e0368124 b24c 4be0 85d7 303526122a1d
Son xəbərlər
Digər xəbərlər