16 C
Baku
Thursday, April 25, 2024

İyundan “Flynas” aviaşirkəti Dəmmam şəhərindən Bakıya birbaşa uçuşlara başlayır

Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkəti iyunun əvvəlindən etibarən Dəmmam şəhərindən Bakıya birbaşa uçuşlara başlayır. Bu barədə  “Flynas”ın Azərbaycanda rəsmi təmsilçisi olan “Khazar Travel” şirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, Dəmmamdan Bakıya uçuşlar iyunun 6-dan etibarən başlayacaq və hər həftənin II, IV, VI və VII günləri yerinə yetiriləcək: “Uçuşlar “Airbus 320″ təyyarəsi ilə həyata keçiriləcək. Dəmmamdan Bakıya təyyarə yerli vaxtla saat 8:00-da, əks istiqamətdə isə saat 13:10-da havaya qalxacaq. Hazırda bir biletin minimal qiyməti 680 manat təşkil edir”.

©Ona

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər