İyunun 28-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə uçuşların sayını artıracaq.
Dövlət Turizm Agentliyinin məlumatına əsasən, bunu AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov İsrailin turizm naziri Haim Katz ilə görüşdə bildirib.
O, uçuşların rahatlığı və sərnişinlərə yüksək keyfiyyətlə xidmətin təmin edilməsi üçün yeni təyyarələrin əldə edildiyi haqqında məlumat verib.