Həftənin çərşənbə axşamı, Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirlib.
Banker.az AMB-yə istinadla bildirir ki, bu hərracda dollara tələb öncəki valyuta hərracında 22% daha çox təşkil edib. Belə ki, hərracda tələb $50.8 mln. təşkil edib və tam təmin edilib.
İyunun son hərracında manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.