33 C
Baku
Thursday, August 7, 2025

“İzmir” restoranında nöqsanlar aşkarlandı, rəhbəri barəsində inzibati protokol tərtib olundu

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Heydərov Faiq Mənsim oğluna məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədlərinini olmadığı, emal üçün ayrıca sahələrin təşkil edilmədiyi, manqal sahəsinin tavanında qopuqlar və soyuducuların rəflərində isə paslanma  müşahidə edilib.

Faktla bağlı müəssisənin vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər