İzokosta (isocost) –iki istehsal faktorunun ahənginin bütün mümkün variantlarını əks etdirən xətdir, bu zaman onların alınmasına sərf olunan məcmu xərclər bərabər olmalıdır.
İzokostalar eyni zamanda həm büdcə məhdudlaşdırılması, həm də firmanın bərabər məsrəflər xəttidir.
Izokostanı həmçinin bu bərabərlikdə təsvir etmək olar.
B = PK × K + PL × L
Bu zaman
B — istehsal faktorlarını almaq üçün firmanın ayırdığı büdcə;
PK — kapital vahidinin qiyməti;
K — kapitalın miqdarı;
PL — əmək vahidinin qiyməti;
L — əməyin miqdarı.
Şəkil 1-də firmanın istehsal foktorlarının alınması üçün nəzərdə tutduğu büdcəsinin dəyişməsi halında izokostanın özünü necə aparması əks olunub. Bu halda, büdcənin məbləği artırılıb (B2 kəmiyyətinə qədər), nəticədə isə izokosta yerini yuxarıya doğru dəyişib.
Şəkil 2-də faktorlardan birinin qiymətinin dəyişməsi halında izokostanın necə hərəkət etməsi əks olunub. Bu halı əməyin miqdarının qiyməti dəyişib (L2kəmiyyətinə qədər) və izokosta öz əyilmə bucağını dəyişəsi olub.