-1 C
Baku
Sunday, December 15, 2024

J.P.Morgan: Apple musiqi və oyun proqramları $8 mlrd.-dan çox gəlir gətirəcək

J.P.Morgan, Apple Inc-in oyun və musiqi proqramlarından əldə etdiyi gəlirin 2025-ci ilə qədər 36% artaraq $8.2 mlrd.-a çatacağını açıqlayıb. Banker.az xarici mətbuata istinadən xəbər verir ki, bu iki xidmətin 2025-ci ilə qədər təqribən 180 mln. abunəçi bazasına malik olacağı gözlənilir – musiqi üçün 110 mln., oyunlar üçün 70 mln.

Vasitəçi şirkət bildirib ki, 2015-ci ildə istifadəyə verilən və Spotify-dan sonra ikinci ən böyük musiqi xidməti olan Apple Music-in bu gəlirin daha böyük hissəsini təşkil edəcəyi və 2025-ci ilə qədər təxminən $7 mlrd. gəlir əldə edəcəyi gözlənilir. 2019-cu ildə istifadəyə verilən Apple Arcade oyun abunə xidmətinin $1.2 mlrd. cəlb edəcəyi təxmin edilir.

 

Son xəbərlər
Digər xəbərlər