19 C
Baku
Thursday, April 25, 2024

 “Jacobs Kaffee” brendinin yaranma tarixçəsi

İohann Jacobs 20 may 1849-cu ildə kəndli ailəsində dünyaya gəlir. O 14 yaşına qədər kənd məktəbində təhsil almış, daha sonradan isə müstəmləkə məhsulları ilə ticarəti öyrəndiyi kommersiya məktəbinin şagirdi olur. Onun müəllimi Karl Ferdinand tələbəsinin maraq dairəsini düzgün şəkildə təyin edir və onun qəhvə məhsulu üzrə ixtisaslaşmasını məsləhət görür. İohann Jacobs Vürdeman şirkətində köməkçi qismində fəaliyyətə başlayır və burada nisbətən yüksək vəzifəyə qədər yüksələ bilir.

İohann Jacobs 1895-ci ildə özünün “Qəhvə, çay, kakao, şokolad və biskvit ilə xüsusi ticarət” adlı biznesini yaradır. Onun biznesi çiçəklənir və artıq qısa bir müddətdən sonra onun mağazası Bremenin əsas ticarət küçəsində yerləşir. Biznesin növbəti inkişafı üçün əsas stimul 1907-ci ildə “Jacobs qəhvəsi” adlı şəxsi qəhvə bişirilən məkanının açılması olur. Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin davamlılığını artırmaq üçün 1910-cu ildən başlayaraq gün ərzində 4 dəfə yeni bişirilmiş qəhvə istənilən ünvana çatdırılırdı. 1916-cı ildə isə Birinci Dünya müharibəsi gedişatında qəhvə ticarəti dayandırılmışdı.

0-2012-08-12_220039

Öz ənənəvi biznesinə fasilə verən İohann Jacobs xəstəxana təzhizatı ilə ticarət etməyə başlayır.

1920-ci ildə Almaniyaya qəhvə gətirilməsinə yenidən icazə verilsə də, İohann Jacobs özünü qiymətli kağızlar bazarında sınamaq qərarına gəlir. 1923-cü ilin pul islahatından sonra onun müəssisəsi yalnızca istehsalat üçün yeri təqdim edə bilirdi. Lakin o qəhvə biznesini yenidən dirçəldə bilir. Reklama ayrılan xərclər özünü doğruldur və 1927-ci ildə “Jakobs & Сo” şirkəti geniş miqyasda fəaliyyət göstərməyə başlayır.

1934-cü ildə Bremendə artıq 300 əməkdaşa sahib böyük qəhvə bişirilən müəssisə yaradılır. 1938-ci ildə qəhvə satışlarının illik satışından gələn məbləğ 12,75 milyard imperiya markası təşkil edirdi. Lakin qəhvə biznesi ikinci dəfə məhv edilir. Bu dəfə isə səbəb İkinci Dünya müharibəsi olur.

İohann Jacobs müharibə sonrası dövrdə artıq 76 yaşında üçüncü və növbəti dəfə uğurla öz biznesini yenidən başlayır.  “Jacobs qəhvəsi” qəhvə brendi olaraq möhkəmlənir və bütün Qərbi Almaniyada populyarlıq qazanır. Bu məşhur brendin yaradıcısı 1958-ci ildə öz vətəni Bremendə 88 yaşında dünyasını dəyişir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər