Jade Raymond Google şirkətinin vitse-prezidenti oldu

0

Oyun sənayesinin veteranı Jade Raymond, Google şirkətinin vitse-prezidenti vəzifəsinə təyin olunub. Ötən ilki hesabatlara görə, Google, öz striming xidmətini və oyun konsolunu tam olaraq təqdim edəcəkdir.

Təqdimat 2019-cu ilin 19 mart tarixində, saat 21:00-da başlayacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Jade Raymond, Ubisoft şirkətində Assassin’s Creed üzərində çalışaraq, sonrakı dövrlərdə Ubisoft Toronto studiyasını təsis etmişdir.

Daha sonra isə Electronic Arts-a keçərək,  EA Motive studiyasını yaratmışdır. Lakin layihə ilə bağlı ambisiyalara baxmayaraq, Raymond EA-nı tərk etmişdir.