13 C
Baku
Friday, March 29, 2024

Jaguar sürücüləri avtomobildən çıxmadan benzin üçün ödəniş edə biləcək

Banker.az saytının verdiyi məlumata görə, Böyük Britaniyada Jaguar avtomobillərinin yeni modelinin sahibləri avtomobillərinin ön hissəsində yerləşdirilən sensor displeydən istifadə etməklə Shell yanacaq doldurma məntəqələrində ödəniş edə biləcəklər.

Avtomobil istehsalçısı və yanacaq doldurma stansiyası şəbəkəsinin birgə layihəsi Shell app adlanır və geolokasiya texnologiyasından, PayPal və Apple Pay servislərindən istifadə edir. Shell app tətbiqetməsi artıq Böyük Britaniyada yüklənmək üçün hazırdır. 2017-ci ilin sonuna qədər layihə daha bir neçə ölkədə işə salınacaq.

Beləliklə, tətbiqetmədən istifadə edən sürücülər Shell yanacaq doldurma məntəqələrində olarkən avtomobildən enmədən sensor ekranda tələb olunan həcmdə yanacağı qeyd edə və ödənişi həyata keçirə bilər. Ödəniş Apple Pay servisinin köməkliyi ilə PayPal hesabından ediləcək və ödəniş həyata keçirildikdən dərhal sonra ekranda rəqəmsal çek peyda olacaq. Xidmət Android Pay istifadəçiləri üçün 2017-ci ilin sonuna qədər əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər