2 C
Baku
Saturday, December 14, 2024

James Altucher: “Ədalətsiz üstünlüyü” əldə etməyin yolları

İnvestor və sahibkar sevdiyin iş vasitəsi ilə milyonlar qazanmağın yollarından danışır.

Din disleksiya diaqnozu ilə yaşayır. O, oxumağı bacarmır və uşaqlıqda məktəbə getməyib. İnsanlar onun heç nəyə yaramadığını deyirdilər. Din kollecdə də oxumayıb. 

“Mənim pulum yox idi, – o deyir. – Mən müxtəlif əşyaları təmir etməyi sevirdim. İnşa etməyi. İstəyirdim ki, ehtirasımın arxasınca gedim”. 

İndi Dinin sərvəti 50 milyon dollardır və o mənə bunu necə bacardığını danışdı. 

Ancaq əvvəlcə demək istəyirəm ki, ömrümün 12 ilini pul qazanmaq üçün xərclədim. Bu, həyatımın ən pis illəri idi. Dostlarım yalançı idi, özümü bədbəxt hiss edirdim. Qazandığımı itirirdim. 

Həyatıma nifrət edirdim. Təəssüflənəcək bir şey varsa, o da sevdiyim işlə məşğul olmamağımdır. Həyat bir dənədir. Düşünürəm ki, həyatımın 12 ilini boşa xərcləmişəm. 

Əslində, Dinə nifrət edirəm, çünki o, 12 ilini itirməyib. 

“Mən bir çox qapını döydüm, çoxlarından rədd cavabını aldım. Düşünürəm ki, uğursuzluqların öhdəsindən gəlməyi erkən yaşda öyrənmişəm”, – Din deyir. 

“Niyə qapıları döydün? Nə əldə etmək istəyirdin?”.

“Mənə pulsuz olaraq ev satacaq birini tapmağa çalışırdım. Çoxları bunu gülünc hesab etsə də, sonra Mariya Loprestiyə rast gəldim”. 

Din ev üçün $0 ödədi. 

“O, çox gözəl qadın idi. Biz dost olduq və bir ay boyunca hər bazar günü birlikdə nahar etdik. Mən onun nə istədiyini başa düşdüm və biz müqavilə bağladıq”. 

“Bəs o nə istəyirdi?”.

“O, evini daha baha satmaq istəyirdi, çünki əri ölümündən əvvəl dedi: “Qiymət budur. Evi bir dollar da olsa ucuz satma”. 

Mariya Lopresti evini 125 min dollara satmaq istəyirdi, müştərilər isə yalnız 90 minə razı idilər. Bu qiyməti öyrəndikdən sonra, onunla müqavilə bağladım. 

Din ona ayda $2000 ödəyirdi. Mariya Lopresti Florida ştatına köçdü, Din isə ipoteka kreditini aldı və məbləği tam həcmdə ödədi. 

“Mən o pulu beş il ərzində ödəməli olsam da, bir il yarıma  ödəyib qurtardım. O vaxtdan bəri Mariya hər il məni Milad bayramı münasibəti ilə təbrik edir. Və bu mənim ilk razılaşmam idi”. 

Bütün “ağıllı” insanlar Mariya Loprestinin evinin yayından keçirdilər. 

O, çox pul istəyirdi. Və onlar yolunu davam edirdi.

“Mən gənc və ağılsız idim, – Din deyir. – Ancaq biz hamımız bu yolu keçməliyik”. 

“Sonra daha bir ev aldım. Və yenə birini. İndi 100-dən çox binaya sahibəm”. 

“Ancaq… – o deyir, – başa düşürəm ki, siz ev almaq istəmirsiniz. Alıcıların çoxu bir səhvə yol verirlər. Onlar bütün pullarını bir yerə investisiya edirlər və ədalətsiz üstünlükdən istifadə etmirlər”. 

“Əgər ev almaq istəyirsinizsə miras qalan evləri axtarın: evin sahibi rəhmətə gedib, uzaqda yaşayan uşaqlar isə istənilən təklifi qəbul etməyə hazır olurlar; boşanan cütlüklər; vergi problemləri və s. Bütün bunlar hamı üçün açıq olan informasiyadır”. 

“İnsanların ədalətli üstünlüyü əldə etməyə çalışmadıqlarına təəccüb edirəm. Onlar evlərini ən yüksək qiymətə alırlar”. 

“Yalnız ədalətsiz üstünlüyə sahib olduğun halda pul qazana bilərsən. Əks təqdirdə hər kəs bunu etməyi bacarardı”. 

Ədalətsiz üstünlük nədir?

– hər hansısa işə can atırsınız, həvəslisiniz; 

– yeni fürsətlər tapmaq üçün əlinizdən gələni edirsiniz. Bunu ehtiras olmadan etmək olmaz;

– ədalətsiz üstünlüyünüzü necə tapmağınızı başa düşürsünüz. Bu, ehtirası pula çevirmək üçün açardır;

– ehtirasınızı meta səviyyəyə keçirirsiniz;

– bunu hər dəfə təkrar-təkrar edirsiniz;

Beləliklə, Din daşınmaz əmlak alıb-satmaqla pul qazanmağa başladı. Və indi bunu mənə də öyrədir. O, çoxları öyrədib. Ancaq mən daşınmaz əmlakla məşğul olmaq istəmirəm. Mən bu işə həvəsli deyiləm. 

Mən ona nifrət edirəm, çünki o mənim daşınmaz əmlaka olan münasibətimi dəyişmədi. 

Din mənə maraqlı bir şey danışdı. 

“Mən demək olar ki, hər bir sahədə bu ədalətsiz üstünlüyü əldə etmiş insanları tanıyıram, nə ilə maraqlandıqlarından asılı olmayaraq”. 

“Ekzemadan əziyyət çəkən bir qadını tanıyıram ki, bu xəstəliyin müalicəsi kursunu keçir. O, ildə 200 min dollar qazanır. 1800-cü illərin oyuncuqlarını toplayan bir insan tanıyıram. Daha biri idmanla məşğul olur və qısaqol köynəklər istehsal edərək bundan pul qazanır”. 

Və sair, və sair. 

“Mən başqalarına da kömək etmək istəyirəm və etdim də. Tanıdığım insanlar bunu bacardı”. 

Bu mənə Mett Berrini xatırladır. O, ssenarist idi və işinə nifrət edirdi. 

İşdən çıxdı. Boşandı. O, hər şeyini itirdi. 

Mett idmanı sevsə də, idmançı deyildi. O, fentezi-idman haqqında bloq yazmağa başladı. Və sonra ona həsr edilmiş internet-birlik yaratdı. 

İndi Mett ESPN-də fentezi-idmanın yeganə aparıcısıdır. 

Sizi həvəsləndirən işi tapın və “ədalətsiz üstünlüyü” əldə edin. 

Son xəbərlər
Digər xəbərlər