İngiltərə əsilli milyonçu və dünyanın ən məşhur tozsoran modellərindən birini icad edən James Dyson həyatında rəhbər tutduğu prinsiplərini bölüşür.
1. Mən heç vaxt nəsihət vermirəm, çünki də heç vaxt heç kimi dinləmirəm. Biz öz yolumuzla getməliyik. Xəyal et və başqalarından fərqli davran.
2. Uzun müddət ərzində bir şey üzərində çalışarkən həvəsdən düşürsünüzsə, bu çox güman ki, uğurlu olduğunuz andır.
3. Uğur reseptim çox sadədir – nəyə inanırsansa, o işlə də məşğul olmalısan. Pul qazanmağınızdan və ya qazanmamağınızdan asılı olmayaraq.
4. Uğura aparan yol uğursuzluqlardan keçir! Tozsoran yaratdığım dövrdə 5127 prototip hazırlamalı oldum. Yəni 5126 cəhd uğursuz oldu.
5. Nəyisə dizayn etməyiniz lazım olduqda ən vacib şey əzm və uğursuzluğa hazır olmaqdır.
6. Dizayn – əşyanın necə göründüyü deyil, necə işləməsidir. Texnologiya və mühəndislik olmadan yaxşı dizayn yaratmaq mümkün deyil.
7. Təlimat kitabçaları dəhşət bir şeydir, onlar istehlakçını çaşdırır. Onlardan qurtulmaq lazımdır.
8. Hər şeyi özünüz edin, sürətli edin. İdeyalarınızı bazarda oyun qaydalarını təyin edənlərə satmağa çalışmayın.
9. Əgər həvəsiniz çoxdursa, ideyalarınız daxilinizdə ehtiras hissini oyadırsa, mütləq qalib gələcəksiniz.
10. Düşünürəm ki, uğur qazanmaq üçün lazım olan ən vacib keyfiyyətlərdən biri inadkarlıq və məhsulunuza olan inamdır.
11. İnanıram ki, təcrübə uğur qazanmaq üçün əsas şərt deyil. Əksinə, təcrübə sizə zərər verə bilər, çünki keçmişdə nəyin effektiv olub-olmadığı şeyi etməyə dikdə edir.
12. Səhvlər səyahətin ən vacib hissəsidir. Siz səhv etməlisiniz! Onların sayəsində çox şey öyrənəcəksiniz.
13. Mən təcrübə yükü olmayan gənclərə üstünlük verirəm. Onlar yeni ideyaları realizə etməyə hazırdırlar.
14. Bizim açıq tədqiqatlar və inkişaf şöbəmiz var, bütün işçilər hazırda üzərində işlədiyimiz işləri görürlər. Bu, sənaye casusluğuna qarşı mübarizə baxımından yaxşı deyil, lakin insanlarda həvəs oyadır.
15. Məncə, bir şey yalnız düzgün işlədikdə gözəldir.
16. Əsas prinsipim: şirkətimdəki bütün insanlar özlərini qabaqcıl kimi hiss etməlidirlər.
17 Nüfuz qazanmaq üçün vaxt tələb olunur. Nə olsun ki? Mən tələsmirəm. Brendi süni üsullarla şişirtməyə çalışmaqdansa, güclü fundament yaratmağı daha üstün hesab edirəm.
18. Rəqiblər mənim üçün maraqlı deyil. Mən Etdiyim işlərdən ilham alıram və ətrafa baxmıram.
19. Mən dəqiq olaraq biznesmen deyiləm, çünki əsas maraq dairəm biznes deyil, mühəndislikdir.