20 C
Baku
Monday, July 14, 2025

Jan-Mari Le Pen vəfat edib

Fransanın “Milli Cəbhə” partiyasının keçmiş lideri Jan-Mari Le Pen 96 yaşında vəfat edib. Jan-Mari Le Pen 20 iyun 1928-ci ildə Fransanın şimal-qərbindəki Brittani əyalətinin La Trinite-sur-Mer kommunasında balıqçı və dərzi ailəsində anadan olub.

1972-2011-ci illərdə “Milli Cəbhə”yə rəhbərlik edib. O, beş dəfə prezidentliyə namizədliyini irəli sürüb və 2002-ci ildə seçkilərin ikinci turuna keçib, lakin 17.8% səs qazanan Jak Şiraka məğlub olub.

2011-ci ildə Le Pen partiyaya nəzarəti qızına təhvil verib, 2015-ci ildə isə “Milli Cəbhə”dən xaric edilib. 2018-ci ildə partiya adını “Milli birlik” olaraq dəyişdirilib.

Son xəbərlər
Digər xəbərlər