11 C
Baku
Monday, November 25, 2024

“Japan Tobacco” Amerikanın “Vector Group” şirkətini 2.4 mlrd. dollara alır

Yapon tütün istehsalçısı “Japan Tobacco Inc.” (JT) Amerikanın “Vector Group Ltd.” şirkətini təqribən 2.4 milyard dollar dəyərində satın almaq barədə razılığa gəlib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Birgə press-relizdə qeyd olunduğu kimi, “JT” ötən 60 sessiyada şirkətin qiymətli kağızlarının orta kotirovkalarına 29.9% mükafat verən “Vector”un hər bir səhmi üçün 15 dollar ödəyəcək. Sövdələşmə hər iki şirkətin direktorlar şurası tərəfindən təsdiqlənib və dördüncü rübdə bağlanacağı gözlənilir.

1986-cı ildə qurulan “Vector Group”un iki bölməsi var: tütün aktivlərinə sahib olan “Liggett Group” və daşınmaz əmlak aktivlərinə sahib olan “New Valley”. “Liggett” bazar payına görə ABŞ-də dördüncü ən böyük siqaret istehsalçısıdır.

“Japan Tobacco” dünyanın müxtəlif ölkələrində 53 min nəfərlik heyəti və 62 fabriki ilə dünyanın ən böyük tütün şirkətlərindən biridir. O, “Winston”, “Camel”, “MEVIUS” və “LD” kimi brendlərin sahibidir.

“Japan Tobacco” səhmləri şərşənbə günü Tokioda 0.3% ucuzlaşıb, “Vector” isə Nyu Yorkdakı ilkin sessiyada 7.2% artıb.

Son xəbərlər
Digər xəbərlər