6 C
Baku
Monday, December 16, 2024

Jeff Bezos boşanma prosesindən sonra Amazon səhmlərinin 75%-nə sahibdir

Eyni zamanda, o, Washington Post qəzetinə və Space Blue Origin şirkətinə sahib olacaq.

Amazon təsisçisinin keçmiş həyat yoldaşı Mackenzie Bezos, öz Twitter səhifəsində boşanma prosesinin tamamlanmasına dair açıqlama verib. O, keçmiş həyat yoldaşı ilə Amazon səhmlərinin 25% -ni alacağı barədə razılığa gəlib. 

“Jeff  Bezos ilə boşanma prosesinin başa çatmasından çox məmnunam. Bizə kömək edən hər kəsə təşəkkür edirik, biz  dost kimi münasibət saxlamağa davam edəcəyik və uşaqların tərbiyəsinə vaxt ayırmağa çalışacağıq. Vaşinqton Post və Blue Origin şirkətindəki bütün səhmlərimi ona həvalə etdiyimə görə çox şadam. Eyni zamanda, Jeff Bezos Amazon səhmlərinin 75% -nə sahib olacaqdır.  Mən yeni planlarımdan, keçmişə görə minnətdar olduğumdan və gələcəyə baxacağından məmnunam “.

Jeff və Mackenzie Bezos 25 illik nikahdan sonra, 2019-cu il 9 yanvar tarixində boşandıqlarını elan ediblər. Onlar dünyanın ən zəngin cütlüklərindən biri sayılıblar. 4 aprel 2019-cu il tarixinə qədər Jeff 150 milyard dollarlıq bir sərmayə ilə dünyanın ən zəngin insanların sıralamasında birinci yeri tutmuşdur.

Xatırladaq ki, 4 aprel tarixində Amazon şirkətinin kapitallaşması 890 milyard dollar təşkil edib, müvafiq olar Mackenzie Bezos-un sahib olduğu 16% 142,4 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər