Jeff Bezos dünyanın ən varlı ikinci şəxsi oldu

Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, milyarder və Amazon şirkətinin yaradıcısı Jeff Bezos Amansio Ortega və Warren Buffet-i geridə qoyaraq dünyanın ən varlı ikinci şəxsi adını qazanıb.

Bezos öz sərvətini 1,5 milyard dollara qədər artırıb. Belə ki, Amazon şirkəti çərşənbə günü Dubayda Souq.com online-pərakəndə şirkətini almasını elan etdikdən sonra şirkətin səhmlərinin dəyəri 18,32 dollara qalxıb.

Ümumilikdə isə, Bezos 75,6 milyard dollar sərvətə sahibidr. Dünyanın ən nəhəng şirkətlərindən birinin CEO-su bu il öz sərvətinə 10,2 milyard dollar əlavə edib.

Qeyd edək ki, Bill Gates dünyanın ən varlı insanı olaraq qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər