Jeff Bezos: Hərəkətsizliyin ardınca geriləmə, sonra isə ölüm gəlir

“Amazon” şirkətinin direktoru Jeff Bezos səhmdarlara ünvanlandığı məktublarda öz strategiyası və idarəetmə prinsipləri haqda danışır. Uğurlu şirkətlərin idarə edilməsinin sirlərini öyrənmək üçün iqtisadçılar, o cümlədən texnologiya və risk mütəxəssisləri bu mesajlara etibar edirlər. Nüfuzlu futuroloq Steve Anderson “Bezos-un məktubları” adlı kitabında şirkətlərin inkişafının istənilən mərhələsində tətbiq edə biləcəyi prinsipləri açıqlayır.  

Həmişə olduğu kimi 1997-ci ilin ilk məktubunun bir nüsxəsini əlavə edirəm. Hələ də Gün 1 dür

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Bezos, səhmdarlara məktub, 2018-ci il

Gün 1 nə deməkdir? Çox güman ki, bu ideya Bezos üçün olduqca vacibdir. O, hər il 1997-ci ilin ilk məktubuna istinad edir və səhmdarlara “Amazon” un hələ də Gün 1-i yaşadığını xatırladır. 

Gün 1 hər hansısa tarix deyil, konsepsiyadır. Bezos-un səhmdarlara göndərdiyi məktubları, verdiyi müsahibələri və digər materiallarını araşdıraraq iki nəticəyə gəldim. 

Birincisi, Gün 1 konsepsiyası özündə “Amazon” a yüksək inkişaf səviyyəsinə kömək edən əsas liderlik prinsiplərinin hamısını birləşdirir. Bu, bütün işçilərə və şirkətlərə təməl dəyərləri, xüsusilə müştəri ehtiyaclarını ödəməyə diqqət yetirilməsinin vacib olduğunu xatırladan “lövbər” dir. 

İkincisi, Gün 1 – strategiya və ya qaydalar toplusu deyil, düşüncə tərzidir. Bu, bütün şirkətin indiki ölçüləri və bazarda tutduğu mövqeyinə baxmayaraq, ona “rahatlamağa” imkan verməyən qərarların əsasını qoymuş mentalitetdir. Gün 1 – Bezos-un sürətlə inkişaf edən biznes binasının möhkəm təməlidir. Möhkəm təməl olmasa, istənilən bina gec-tez dağılacaq. Və onda Jeff Bezos-un yorulmadan təkrarladığı Gün 2 gələcək: 

Gün 2 – bu, hərəkətsizlikdir. Hərəkətsizlikdən sonra geridə qalma gəlir.  Ondan sonra isə əzabverici, ağrılı azalma. Və ölüm. Məhz buna görə də bizdə həmişə Gün 1-dir.

Bezos, səhmdarlara məktub, 2016-cı il

Surroqatlara müqavimət göstərmək

Gün 1 fəlsəfəsinin əsas elementi Bezos-un “surroqatlara müqavimət göstərmək” adlandırdığı prinsipdir. Sadə sözlə desək, reallığın surroqatları (bu kontekstdə) insanlara etdiklərindən uzaqlaşmaq imkanını verən siyasətçi, prosedur, proses və hətta rəhbərliyin verdiyi tapşırıqlardır. 

Şübhəsiz ki, belə bir hadisə hər birimizin başına gəlin: üzləşdiyiniz problemlə bağlı şirkətlə əlaqə saxlayırsınız, onun əməkdaşı isə sizə “verilən göstərişlərə görə kömək edə bilmədiyini” və ya “sadəcə rəhbərliyin verdiyi əmrləri yerinə yetirdiyini” söyləyir. Bu o deməkdir ki, bu şirkətdə surroqatlar reallığı özləri ilə əvəz ediblər. 

Sözsüz ki, hər bir şirkətin iş mexanizminin saat kimi işləməsi üçün prosedur və qaydalar, habelə təlimatlara ehtiyacı var. Bütün bunlar “Amazon” da da var. Amma müştəri xidmətinə gəldikdə, hər şey öz əhəmiyyətini itirir. 

Bezos-un fikrincə, surroqatlara müqavimət göstərmək üçün işçilər istənilən qayda və proseduralardan boyun qaçıra bilərlər, burada müştərinin maraqları əsas rol oynayır. Qayda və prosedurlar işçilər üçün yaradılıb və onlara düzgün qərar qəbul etməyə kömək edir. 

“Amazon” kimi inkişaf etmək üçün surroqatlara qarşı müqavimət göstərmək lazımdır, onlar sizə nəyi və necə etmək lazım olduğunu diktə etməməlidirlər. “Olar” və “olmaz” çərçivəsi şirkəti deqradasiyaya aparır. 

Xarici meyllərə açıq olun

Hətta ən ağıllı və müvəffəqiyyətli şirkətlər yeni, sürətlə inkişaf edən xarici meyllərinin iş modelini sarsıtmayacağını qəbul etməkdə çətinlik çəkirlər. Yeni meyllər çox vaxt riskli görünürlər, əsas da başlanğıc mərhələdə. Şirkətlər zamanla sınaqdan keçirdikləri strategiya və yanaşmalara üstünlük verirlər və bu, bütün sahələrə toxunur – işçilərdən tutmuş rəhbərliyə qədər. Bu cür şirkətlərdə heç kim riskə getmək istəmir, çünki uğursuzluğun bütün karyeranı məhv edəcəyindən qorxurlar. Jeff Bezos bunu Gün 2 adlandırır. 

Bezos-un sahibkarlıq müdrikliyi ondan ibarətdir ki, o başa düşür: Gün 1 mentalitetini qorumaq vacibdir, dəyəriniz 100 milyard dolları aşsa belə. Müştərilər digər şirkətlərdən nə istəyirlər? Digər uğurlu şirkətlər nə etməyə başlayırlar? Müştəri üçün təklifin dəyərini artırmaq üçün yeni meyllərdən necə istifadə etmək olar?

Sürət mükəmməlçilikdən vacibdir

Startaplarda qərarlar qısa zamanda verilir. Adətən bunu ya təsisçinin özü, ya da işçi sayı az olduqda əməkdaşlardan biri edir. 

Startapda gözləməyə vaxt yoxdur, məhz bu səbəbdən sürət mükəmməlçilikdən daha vacibdir. 

Qərarların çoxunu sahib olmaq istədiyiniz informasiyanın 70%-ni əldə etdikdən sonra qəbul etmək olar. Əgər 90%-i gözləsəniz, qərarları çox ləng qəbul etmiş olacaqsınız. İstənilən halda siz pis qərarları müəyyən etməyi və düzəltməyi bacarmalısınız. Səhv qərarları düzəltmək bacarığı düşündüyünüz qədər çətin deyil, ləngiməyiniz isə əskinə – çox baha başa gələ bilər.

Bezos, səhmdarlara məktub, 2016-cı il

Bu, “Amazon” un riayət etdiyi prinsiplə sıx əlaqəlidir:

Onurğaya malik olmaq; razılaşmamaq, amma dəstəkləmək. Liderlər razı olmadıqları qərarları müzakirə etməlidirlər, bu onlar üçün rahat olmasa belə. Liderlər çox inadkar olurlar. Onlar sosial birlik naminə kompromissə getmirlər. Lakin qərar qəbul edildikdən sonra, əzmkarlıqla onu icra edirlər.

Bəs düzgün qərarlar necə? Heç bir problem yoxdur. Əgər qəbul etdiyiniz qərar yanlışdırsa, əldə etdiyiniz yeni informasiyanı nəzərə alaraq hərəkət edin. 

Startap kimi düşünün və hərəkət edin

Jeff Bezos-un Gün 1 konsepsiyasını istənilən sahədə və biznesdə istifadə etmək mümkündür, startapdan tutmuş “yetkin” şirkətlərə qədər. Gün 1 mədəniyyətini qoruyub saxlamaq asan olmasa da, dəyər. 

Startapda işləmək asan deyil və adətən çox əziyyət çəkməyinizi tələb edir. Buna baxmayaraq, startap əyləncəli bir şeydir. Təəssüf ki,  zaman keçdikcə rəhbərlik şirkəti uğurlu edən təməl dəyərlərə məhəl qoymamağa başlayırlar. Bundan qaçınmaq üçün “Amazon” müxtəlif vasitələrə əl atır – “qapıdan masalar” dan tutmuş qərargahının adına qədər. 

Əlbəttə ki, illərdir bizneslə məşğul olursunuzsa, diqqəti Gün 1 üzərində saxlamaq çox çətin olur. Ancaq Bezos-un fikrincə, Gün 2-yə keçmiş şirkəti “xilas” etmək daha çətindir. 

Sözsüz, geriləmə tədricən baş verir, vəziyyət aydınlaşana kimi aylar və ya hətta illər keçəcək.  Lakin nə qədər çox ləngisəniz, hər şeyi düzəltmək də bir o qədər çətin olacaq. Unutmayın ki, sizin yalnız iki seçiminiz var: ya ikinci gündən başlayaraq bataqlığa doğru sürüşmək, ya da Gün 1 qayıtmaq uğrunda mübarizə aparmaq. Şirkətinizdə Gün 1 mədəniyyətini qurmağa başlamağın ən yaxşı vaxtı bu gündür. 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları