15 C
Baku
Friday, April 26, 2024

Jeff Bezos iş görüşlərini necə keçirir: əsas qaydalar

Amazonun təsisçisi Jeff Bezos Vaşinqtonun Economic Club aparıcısına keçmiş söhbətində, iş görüşlərini və müsahibələri  necə keçirdiyi haqqında danışdı. The Inc.  onun hekayəsini bir neçə qaydayla  sistemləşdirmişdir – onların tərcüməsini Sizə təqdim edirik.

Çətin yığınacaqları nahar yeməyindən əvvəl keçirmək. «Düşnmə nöqteyi-nəzərindən həqiqətən çətin olan hər şey 10.00-da bir görüşdür. Çünki saat 17-dən qabaq, bir şey düşünəcək vəziyyətdə olmuram. Gəlin bu barədə sabah 10:00-da danışmağı cəhd edək »-Bezos deyir. Bu məntiqdir, çünki səhər yığıncağında məhsuldarlığı hələ uzun gündüz iş yükünə məruz qalmamış  yaxşı istirahət etmiş insanlar iştirak edəcək.

Kifayət qədər yuxu almaq yaxşıdır. Bezosun sözlərinə görə düzgün yuxu saatı onun üçün hər zaman prioritetdədir. «Mən tam səkkiz saat yuxu aldığım zaman daha yaxşı əhval-ruhiyyədə, daha enerjili oluram və daha yaxşı düşünmək qabliyyətinə malik oluram. Bir üst menecer kimi düşünün, həqiqətən nə üçün ödəniş alırsınız? Sizə az miqdarda yüksək ixtisaslı qərarlar qəbul etmək üçün ödənilir. Sizin vəzifəniz hər gün minlərlə qərar qəbul etmək deyil. Yorğun və ya bədbəxt hiss edirsinsizə yalnış qərar qəbul etməyə dəyər mi?»-Bezos  vurğulayır. Son araşdırmalara görə, yaxşı bir gecə yuxusu beyinin öyrənmək və adaptasiya imkanı üçün vacibdir. O, həmçinin, fikri cəmləməyə kömək edir, qıcıqlanmanı və səhv qərarlar almaq  riskini azaldır.

İlk öncə özünüzə vaxt ayırın. Bezos iş gününə başlamadan  əvvəl mütləq ailəsi ilə ünsiyyət qurur, həmçinin özü üçün vaxt sərf edir. «İşdən əvvəl qəzet oxumağı, qəhvə içməyi, məktəbə getməzdən əvvəl uşaqlarla birlikdə nahar etməyi sevirəm. Mən özümə vaxt sərf edirəm, bu, mənim üçün çox vacibdir», – milyarder deyir. İşdən əvvəl sevdiyiniz fəaliyyətlərə bir az vaxt sərf etmək vacibdir- bu, idman zalında məşq və ya yaxın insanlarla bir nahar yeməyi ola bilər.

Prioritetlərinizi müəyyənləşdirin. Bəzən məhsuldar olma hissini əsl məhsuldarlıqla səhv salmaq olar. Məsələn, bir iş gününə başlayaraq bir çox kiçik tapşırıqları tamamlaya, 20 məktuba cavab verə və ya digər əhəmiyyətsiz problemləri həll edə bilərsiniz. Bu cür iş vacibdir, lakin bu işlər daha sonra başa çatdırıla bilər , başlanğıc üçün isə daha vacib bir şeyə diqqət yetirmək lazımdır. «Gündə üç yaxşı qərar qəbul etsəm, bu kifayətdir. Onlar bacardığım qədər yüksək keyfiyyətdə olmalıdırlar»- Bezos deyir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər