25 C
Baku
Thursday, August 28, 2025

“Jefferies” bankı neft qiymətləri üzrə proqnozlarını azaldıb

ABŞ-ın “Jefferies” investisiya bankı 2018-ci il üçün “Brent” markalı neftin qiyməti üzrə proqnozunu 64 dollar/bareldən 57 dollar/barelə endirib.

“Bloomberg” agentliyinə istinadən, Bankın analitikləri Maykl Hsu (Michael Hsu) və Zak Parem (Zach Parham) hazırladıqları 29 avqust proqnoz hesabatında 2019-cu il üçün “Brent” markalı neft proqnozları 67 dollar/bareldən 60 dollar/barelə, 2020-ci il üçün isə 70 dollar/bareldən 65 dollar/barelə qədər azaldılıb.

“Qısamüddətli perspektivdə neft bazarında təklif yüksək olacaq. Lakin uzunmüddətli perspektivdə təsdiq olunmuş neft ehtiyatlarının azalacağı və qiymətlərin nisbi olaraq artacağı gözlənilir”, – deyə hesabatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər