Fransız aktyoru Jerar Depardye Pxenyana səfəri zamanı Türkiyə vətəndaşlığı almaq niyyətində olduğunu bildirib.
Banker.az AzerTag-a bu barədə istinad edir.
Fransalı aktyor Jerar Depardye sentyabrın 7-də Pxenyanda KXDR-in yaranmasının 70 illiyinə həsr olunan parad zamanı görünüb. O, oktyabr ayında Türkiyəyə gedərək bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək istədiyini deyib .
Xatırladaq ki, Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul etmişdi. Onun Əlcəzair pasportuna da malik olduğu bildirilir. Aktyor digər ölkələrin vətəndaşlığını almaq fikrinə Fransa hakimiyyət orqanları ilə vergidən yayınmaq mövzusunda münaqişədən sonra düşüb.