6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Jessika Albanın şirkəti IPO-dan sonra $1.45 mlrd. dəyərində qiymətləndirilib

Aktrisa Jessika Albanın “Honest Company” şirkəti IPO-dan sonra 1.45 milyard dollar dəyərində qiymətləndirilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ekoloji cəhətdən təmiz olan kosmetika və məişət kimyası, o cümlədən salfet, uşaq bezi və digər ev əşyalarının istehsalçısı 413 milyon dollar cəlb edib.

Ümumilikdə, şirkət və səhmdarlar 16 ABŞ dolları ilə təxminən 25.8 milyon səhm satıblar. Bu qiymət səhm başına 14-17 dollar arasında planlaşdırılan diapazonun yuxarı həddinə yaxındır. “Honest” satışa 6.5 milyon, səhmdarlar isə 19.4 milyon səhm təklif edib. Yerləşdirmənin anderrayterləri “Morgan Stanley”, “Jefferies” və “JPMorgan” olub.

IPO-dan toplanan pulla “Honest Company” onlayn-biznesini gücləndirməyi və beynəlxalq bazarlarda iştirakını artırmağı planlaşdırır.

2011-ci ildə Jessika Alba, Biran Lee, Christopher Gavigan və Sean Kane tərəfindən qurulan “The Honest Company” şirkəti körpələr üçün məhsullar istehsal edir. “Forbes” onun məhsullarını abunə ilə satan ilk şirkətlərdən biri olduğunu yazır.

“The Honest Company” qısa müddətdə populyarlıq qazanıb və dəyəri 1 milyard dolları aşan “təkbuynuzluya” çevrilib. 2013-2016-cı illərdə şirkətin kapitallaşması beş qat artaraq 300 milyon dollara çatıb.

Lakin 2015-ci ildə “Honest” çətinliklərlə qarşılaşıb – onun məhsullarında bir sıra maddələr aşkar edilib. 2017-ci ildə şirkət salfet partiyalarını geri çağırıb, çünki qablaşdırmada göz infeksiyasına səbəb ola biləcək kif görünüb. Bunun fonunda gəlirlilik aşağı düşüb və 2017-ci ildə “Honest” “təkbuynuzlu” statusunu itirib.

2020-ci ildə “The Honest Company”nin gəliri 28% artıb və keçən ilki 235.6 milyon dollar həddini keçərək 300 milyon dollardan çox olub. Satışların təxminən 55%-i onlayn-mağazanın payına düşüb. Ümumilikdə, şirkət ili 14.5 milyon dollar zərərlə başa vurub.

Son xəbərlər
Oxşar xəbərlər