6 C
Baku
Sunday, December 15, 2024

Jessika Albanın “The Honest Company” şirkəti $1.5 mlrd. qiymətləndirmə ilə IPO-ya hazırlaşır

Amerikanın “The Honest Company” şirkəti “Nasdaq” birjasında “HNST” tikeri altında biri 14-17 dollara olmaqla 25.8 milyon səhm yerləşdirməyi planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, bununla şirkət səhmdarların satacağı səhmləri nəzərə almadan təxminən 110 milyon dollar qazanmaq istəyir.

“The Honest Company” pulları marketinq və yeni məhsulların yaradılmasına xərcləyəcəyini bildirir. Şirkət kapitallaşmasının 1.5 milyard dollar təşkil edəcəyini gözləyir. Xatırladaq ki, yanvar ayında “Bloomberg” onun təxminən 2 milyard dollar dəyərində qiymətləndiriləcəyini yazıb.

2020-ci ildə “The Honest Company”nin gəliri 28% artıb və keçən ilki 235.6 milyon dollar həddini keçərək 300 milyon dollardan çox olub. Satışların təxminən 55%-i onlayn-mağazanın payına düşüb. Ümumilikdə, şirkət ili 14.5 milyon dollar zərərlə başa vurub.

2011-ci ildə Jessika Alba, Biran Lee, Christopher Gavigan və Sean Kane tərəfindən qurulan “The Honest Company” şirkəti körpələr üçün məhsullar istehsal edir. “Forbes” onun məhsullarını abunə ilə satan ilk şirkətlərdən biri olduğunu yazır.

Son xəbərlər
Digər xəbərlər