27 C
Baku
Thursday, July 25, 2024

Əməliyyat bölməsinin meneceri – Rabitabank

0
Əməliyyat bölməsinin meneceri – Rabitabank
Bakı
03.03.2023

Vakansiyanın təsviri

  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;
  • Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə müştərilərin hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və təsdiq üçün Filial/Şöbə rəhbərinə təqdim edir; Ödəniş tapşırıqlarını  bank sistemində bank tərəfindən təyin edilmiş limitlər çərçivəsində təsdiq edir;
  • Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açılmasının təsdiqi;
  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;
  • Müştəri haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edilməsinə nəzarət (əlaqə nömrəsi, elektron ünvanı və s.);
  • Bank tariflərinə uyğun olaraq müştərilərdən xidmət haqqı tutulmalara nəzarət edir;
  • Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəncamların silinməsini (sistemə daxil edilməsini) yoxlayır;
  • Əməliyyatlar üzrə sənədləşmənin aidiyyatı qovluqlara yerləşdirilməsini yoxlayıb tamlığına məsuliyyət daşıyır;
  • Baş ofisin qeyri-kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
  • Baş ofisin müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
  • Əməliyyat sahəsində ən azı 3 il iş  təcrübəsinin olması;
  • MS Office proqramında peşakar işləyə bilmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək,;
  • Yüksək ünsiyyətqurma bacarığı;
  • İdarə edə bilmək və təşkilatçılıq bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
  • Problemləri həll etmə bacarığı;
  • Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, düzgünlük  və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi