Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi (İT risklərinin idarə edilməsi üzrə) – PASHA Life

    Bakı
    Posted 5 months ago

    Vakansiya haqqında məlumat:

    Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Əməliyyat risklərinin idarəedilməsi şöbəsi
    Vəzifə: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi (İT risklərinin idarə edilməsi sahəsi üzrə)
    Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
    İş saatları (iş rejimi): 09:00 – 18:00
    Son müraciət tarixi: 28 mart 2021

    Vəzifə Öhdəlikləri:

    1. İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması (RCA – Root Cause Analysis) və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
    2. Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
    3. Cəmiyyət üzrə İT risk mədəniyyətinin ölçülməsi, monitorinqi və inkişaf etdirilməsi (zəruri tədrisin təmin edilməsi);
    4. İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
    5. Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
    6. İT prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
    7. Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
    8. Müəssisədə risklərin idarə edilməsi (enterprise risk management) proqramının İT risk komponentinin icra edilməsi;
    9. İT riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
    10. BIA (Business impact Analysis – Biznesə təsir təhlili) təhlillərinin aparılması və Biznesin Fasiləsizlik Planının hazırlanılması;
    11. Dövri olaraq hesabatların hazırlanılması.

    Namizədə olan tələblər:

    İş təcrübəsi: Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
    Təhsili/ixtisası: Kompüter elmləri, maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər müvafiq sahə üzrə balakavr dərəcəsi.
    Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla
    Üstünlüklər: Maliyyə sektorunun əməliyyat risklərinin idarə edilməsi, İT risk,audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir. Magistr dərəcəsi.
    Kompüter bilikləri: MS Office – əla
    Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, gələcəyi planlaşdırma

    İmtiyazlar:

    Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

    Digər məlumatlar:

    Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
    Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

    Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

    *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.