Əməliyyatçı ( Mərdəkan filialı ) – AFB Bank

    0

    Posted 3 ay ago

    AFB Bank Mərdəkan  filialına Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.

    Vəzifə: Əməliyyatçı
    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
    Ünvan: Mərdəkan filialı 


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    • Ali təhsil;
    • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
    • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
    • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
    • Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

    İŞİN TƏSVİRİ:

    • Bankın hüquqi və fiziki şəxs müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
    • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, əməliyyatlar aparmaq və bağlamaq;
    • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
    • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
    • Müştəri hesabları üzrə bütün əməliyyatları və sərəncamları icra etmək;
    • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyi xahiş edirik.

    Job Features

    Job CategoryƏməliyyatçı

    Apply Online