Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis – OBA marketlər şəbəkəsi

    Bakı
    Posted 2 months ago

    Vəzifə: Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis

    İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis

    Departament: Daxili Nəzarət

    Namizədə dair tələblər:

    • Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və audit sahəsində)
    • Kompüter bilikləri: MS Office, 1C
    • Yaş: 25-35;
    • İş təcrübəsi: minimum 1-2 il (daxili auditor kimi)

    Vəzifə öhdəlikləri:

    • Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması
    • Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamaların təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillər aparılması.
    • Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamaların təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin aparılması
    • Cəmiyyət üzrə təsərrüfat və digər xərclərin analizi, səmərəliliyinin və uyğunluğunun yoxlanılması
    • Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatların və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.

    Əlavə təminatlar:

    • Nahar;
    • Korporativ nömrə;
    • Servis xidməti;

    İş qrafiki:

    İş saatları 09:00 – 18:00;
    Nahar fasiləsi: 13:00-14:00
    Şənbə və Bazar istirahət günü.

    Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

    Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.