27 C
Baku
Saturday, July 20, 2024

Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis – AccessBank

0
Bakı
15.03.2023

Təsvir:

  • Bankın istehlak kreditlərinə nəzarət yoxlamalarında iştirak etmək, zərurət yarandıqda bankın filiallarına (Bakı və rayon filiallarına) getmək;
  • İstehlak kreditlərinin rəsmiləşdirilməsinin bankın daxili qayda və prosedurlarına uyğunluğunun qiymətləndirilməsi;
  • Lombard kreditləri üzrə girov kimi qəbul edilən qızıl əşyaların nəzarət qiymətləndirilməsinin həyata keçirilməsi;
  • İstehlak kreditləri ilə bağlı riskləri təhlil etmək və riskin azaldılmasına yönəlmiş tövsiyələr vermək;
  • Monitorinq üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Monitorinqin nəticələrinə dair ətraflı hesabatların hazırlanması.

Tələblər:

  • Bankda nağd pul kreditləşməsi sahəsində və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Qızıl təminatlı kreditlərlə iş və ya monitorinq təcrübəsi;
  • İqtisadiyyat, maliyyə, audit və ya digər müvafiq sahədə ali təhsil;
  • Əla Azərbaycan dili biliyi mütləqdir, rus və ya ingilis dili biliyi arzuolunandır;
  • Analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Müstəqil işləmək bacarığı;
  • Ofis proqramları, xüsusilə MS EXCEL bilikləri (SQL ilə təcrübə üstünlükdür);
  • Kreditlərin verilməsinə dair qanunvericiliyin tələblərini bilmək.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi