12 C
Baku
Cümə, Dekabr 3, 2021

Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis (Gəncə) – AccessBank

0
Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis (Gəncə) – AccessBank
Gəncə
24.08.2021

Təsvir

  • Bankın mikro və aqro kreditlərinin monitorinq yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın filiallarına və müştərilərin yerləşdiyi ünvana getmək (Gəncə, qərb və şimal-qərb region filialları);
  • Mikro və Aqro kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsini qiymətləndirmək;
  • Mikro və Aqro kreditlərə aid olan risklərin təhlilini həyata keçirmək və riskin azaldılmasına yönəldilmiş tövsiyyələr vermək;
  • Monitorinqin aparılması üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Monitorinqin nəticələri üzrə tam detallı hesabatların hazırlanması;
  • Bank işçiləri və müştərilər ilə sağlam iş münasibətlərini qurmaq.

Tələblər

  • Bankda biznes kreditlər sahəsində, və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahələrində minimum 1 il iş təcrübəsi;
  • İqtisadiyyat, Maliyyə, Audit və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Azərbaycan, Rus və ya İngilis dilini mükəmməl bilmək (yazılı və şifahi);
  • Təhlil etmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Ofis proqramları biliyi və sərbəst işləmək bacarığı;
  • Yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər;
  • İnnovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı və istəyi;

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı
X