Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Vəzifə: Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri (Əhməd Rəcəbli, Turan İş Mərkəzi)
İş təcrübəsi: Sahə üzrə min. 2 il
Təhsil: Ali
Yaş həddi: 24 və ya üzəri
İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün proseslərin icrası
Vəzifə öhdəlikləri:
– Şirkət əməkdaşlarının əmək haqqıları və avanslarının hesablaması;
– Şirkətin Davamiyyət sisteminə nəzarət edilməsi və lazimi hesabatlılığın aparılması;
– İşdən azad olunan əməkdaşların son haqq-hesablanması;
– Əmək haqqı büdcəsinin müvafiq analizi və hesabatlılığının aparılması;
– Əmək haqqı sistemlərinin analizi, optimallaşdırılması və inkişaf etdirilməsi;
Tələblər:
– Əmək haqqı hesablanması qaydalarını bilməsi və bu sahədə təcrübə mütləqdir;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– MS Office (xüsusilə Excel) proqramlarından mükəmməl istifadə etmək bacarığı 1C proqramını bilməsi arzuolunandır;
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 05.05.2020
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |