Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Əmək haqqı üzrə mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsil: Ali təhsil
İşin Təsviri:
Əmək haqqı üzrə mühasib ştatının uyğun olan vəzifə öhdəliklərinin yerinə yertirilməsi (Qanunda olan son dəyişikliklər nəzərə alınmaqla)
Vəzifə öhdəlikləri:
– Əmək haqqı ilə bağlı qanunları bilməli (Əmək məcəlləsi, sosial sığorta haqqında qanun və bununla bağlı digər normativ aktlar);
– Əmək haqqı ilə bağlı elektron sistemlərdən (portallardan) istifadəni bacarmalı;
– DSMF-lərin hesablanması və dövri hesabatların hazırılanıb təqdim edilməsi;
– Məzuniyət, ezamiyət və müavinatların hesablanması və uyğun qurumlara məlumatların təqdim edilməsi;
Tələblər:
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– Məsuliyətli və çalışqan;
– Problemləri həll etmə bacarığı;
– Rus və İngilis dilini bilmək arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclər ilə qarşılanır;
– Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasib |