12 C
Baku
Sunday, November 17, 2024

Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis – Bank Respublika ASC

0
Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis – Bank Respublika ASC
Bakı
27.09.2021

“Bank Respublika” ASC İnsan Resursları Departamentinin Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
• Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
• İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İR strategiyası və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
• Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
• İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (İnsan Resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Elektron Hökümət Portalları ilə işləmə bacarığı;
• MS Office proqramları üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
• Analitik təhliletmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Operativlik, dəqiqlik və səliqəlilik;
• Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi