12 C
Baku
Wednesday, December 11, 2024

Əməliyyat bölməsinin mütəxəssisi – PASHA Life

0
Əməliyyat bölməsinin mütəxəssisi – PASHA Life
Bakı
16.04.2021

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Məhsulun inkişafı sahəsi, Əməliyyat bölməsi
Vəzifə: Əməliyyat bölməsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00

Vəzifə Öhdəlikləri:

– Biznes proseslər üzrə optimallaşdırma yönündə təhlillərin aparılması
– Texniki sənədlərin (istifadəçi və texniki səviyyədə -use case) və həllərin İT icraçılara aydın şəkildə ötürülməsi;
– Test planların və test ssenarilərin hazırlanması;
– Tətbiq edilmiş İT həllərin proses yönümlü testlərinin aparılması;
– Biznes qurumlardan və müştərilərdən daxil olan tələblərin analitik təhlili ,sistemləşdirilməsi və optimal həllin tapılması;
– Tələblərin icrasının planlaşdırılması və prioritetlərin müəyyən olunması;
– Proseslər üzrə potensial risklərin müəyyən edilməsi;
– Yeni biznes proseslərin tətbiqi üçün innovativ təkliflərin verilməsi;

Namizədə olan tələblər:

İş təcrübəsi: Maliyyə və ya sığorta sektorunda keyfiyyətə nəzarət, biznes proseslərin, layihələrin idarə edilməsi, IT analitika, data analitika sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya İnformasiya texnologiyaları ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla , Rus dili:orta , İngilis dili:əla
Üstünlüklər: – İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması;
– Maliyyə sektorunda biznes proseslərinin idarəedilməsi üzrə və ya İnformasiya texnologiyaları sahəsində(proqramlaşdırma) analitik kimi ən azı bir il iş təcrübəsi;
– ERP proqramlarından istifadə sahəsində təcrübə arzuolunandır;
– Arxitektura növü (Rest/Soap), Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
– Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olması;
– Layihə və Startup təcrübə;
– Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib.

Kompüter bilikləri: MS Excel:əla , MS PowerPoint:orta , MS Word:əla , Visio:əla , MSSQL(T-SQL):orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dinamikanı anlama.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta