7 C
Baku
Thursday, December 12, 2024

Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi – Bank BTB

0
Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi – Bank BTB
04.12.2019

Bank “BTB” ASC Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

• Bütün növ klirinq əməliyyatlarının aparılması(ödəniş sistemləri, kart prosessinq şirkətləri, müxbir banklar və s);
• Ödəniş sistemləri üzrə əməliyyatların, onlarla yazışmaların və araşdırmaların aparılması;
• SWIFT vasitəsilə göndərilən ödəniş tapşırığının Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalarına müvafiq olaraq icrası;
• Gündəlik olaraq müxbir banklardan çıxarışları alınması və onlara müvafiq olan əməliyyatların icra edilməsi;
• Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
• Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Namizədə tələblər:
 
– Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
– Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı
– Analiz etmə qabiliyyəti
– Problemləri həll etmə bacarığı
– Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi bilmək
– Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı
– Komandada işləmə bacarığı
– Ünsiyyət qurma bacarığı
– MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 08.01.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi