“Ziraat Bank Azərbaycan” ASC Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
– Ali təhsil;
– MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
– Müvafiq sahə üzrə 2 illik bank stajı;
– Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
– Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
– Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
– İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
– Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
– Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
– Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
– Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |