Vakansiya haqqında məlumat:
Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Əməliyyat risklərinin idarəedilməsi şöbəsi
Vəzifə: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi (İT risklərinin idarə edilməsi sahəsi üzrə)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 25 iyul 2021.
Vəzifə Öhdəlikləri:
1. İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması (RCA – Root Cause Analysis) və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
2. Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
3. Cəmiyyət üzrə İT risk mədəniyyətinin ölçülməsi, monitorinqi və inkişaf etdirilməsi (zəruri tədrisin təmin edilməsi);
4. İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
5. Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
6. İT prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
7. Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
8. Müəssisədə risklərin idarə edilməsi (enterprise risk management) proqramının İT risk komponentinin icra edilməsi;
9. İT riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
10. BIA (Business impact Analysis – Biznesə təsir təhlili) təhlillərinin aparılması və Biznesin Fasiləsizlik Planının hazırlanılması;
11. Dövri olaraq hesabatların hazırlanılması.
Namizədə olan tələblər:
– İş təcrübəsi: Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
– Təhsili/ixtisası: Kompüter elmləri, maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər müvafiq sahə üzrə balakavr dərəcəsi.
– Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla
– Üstünlüklər: Maliyyə sektorunun əməliyyat risklərinin idarə edilməsi, İT risk,audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir. Magistr dərəcəsi.
– Kompüter bilikləri: MS Office – əla
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, gələcəyi planlaşdırma
İmtiyazlar:
– Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |