11 C
Baku
Wednesday, November 13, 2024

Əməliyyat şöbəsinə kiçik mütəxəssis/ mütəxəssis – Xalq Həyat Sığorta Şirkəti ASC

0
Əməliyyat şöbəsinə kiçik mütəxəssis/ mütəxəssis – Xalq Həyat Sığorta Şirkəti ASC
19.12.2019

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Əməliyyat şöbəsinə kiçik mütəxəssis/ mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

• Cari sorğular üzrə müqavilələrin, hesabın və digər sənədlərin hazırlanmasında və dəqiqliklə yoxlanılmasında iştirak;
• Sənədlərin və müqavilə nüsxələrinin arxivləşdirilməsi;
• Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
• Şöbənin proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
• Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
• Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.

Tələblər:

• Ali təhsil;
• Sığorta sahəsində minimum 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
• Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Əməliyyat şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaSığorta