9 C
Baku
Thursday, December 12, 2024

Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssisl – Yelo Bank

0
Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssisl – Yelo Bank
Bakı
28.09.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssisl” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Tələblər:

• Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı
• Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı
• Komandada işləmək bacarığı
• Qüvvədə olan bank qanunvericiliyini bilmək

Vəzifə öhdəlikləri:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək
• Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması
• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi