Bakı
15.03.2023
Təsvir:
- Bankın istehlak kreditlərinə nəzarət yoxlamalarında iştirak etmək, zərurət yarandıqda bankın filiallarına (Bakı və rayon filiallarına) getmək;
- İstehlak kreditlərinin rəsmiləşdirilməsinin bankın daxili qayda və prosedurlarına uyğunluğunun qiymətləndirilməsi;
- Lombard kreditləri üzrə girov kimi qəbul edilən qızıl əşyaların nəzarət qiymətləndirilməsinin həyata keçirilməsi;
- İstehlak kreditləri ilə bağlı riskləri təhlil etmək və riskin azaldılmasına yönəlmiş tövsiyələr vermək;
- Monitorinq üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
- Monitorinqin nəticələrinə dair ətraflı hesabatların hazırlanması.
Tələblər:
- Bankda nağd pul kreditləşməsi sahəsində və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahəsində ən azı 1 il iş təcrübəsi;
- Qızıl təminatlı kreditlərlə iş və ya monitorinq təcrübəsi;
- İqtisadiyyat, maliyyə, audit və ya digər müvafiq sahədə ali təhsil;
- Əla Azərbaycan dili biliyi mütləqdir, rus və ya ingilis dili biliyi arzuolunandır;
- Analitik bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Müstəqil işləmək bacarığı;
- Ofis proqramları, xüsusilə MS EXCEL bilikləri (SQL ilə təcrübə üstünlükdür);
- Kreditlərin verilməsinə dair qanunvericiliyin tələblərini bilmək.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |