11 C
Baku
Sunday, November 17, 2024

Əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis – Yelo Bank

0
Əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis – Yelo Bank
Bakı
23.07.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Maliyyə – Aparıcı mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin hesablar planına uyğun muhasibat uçotunun aparılması:
– Əsas vəsaitlərin balansa götürülməsi
– Əsas vəsaitlərin balansdan silinməsi
– Əsas vəsaitlərin amortizasiyasıın hesablanması
– Təhvil-təslim aktlarının və müxtəlif sənədləşmə işlərinin icrası
• Əsas vəsaitlərin vergi uçotunun aparılması:
– Əsas vəsaitlərin vergi uçotuna salınması
– Əsas vəsaitlərin vergi uçotundan silinməsi
– Əsas vəsaitlərin vergi amortizasiyasının hesablanmsı
– Əmlak vergisinin hesablanması
– Əsas vəsaitlərlə bağlı Vergi hesabatlarının və bəyannamələrinin hazırlanması
• Əsas vəsaitlərin inventarizasiyası və inventarizasiya aktına uyğun işlərin icrası
• Əsas vəsaitlərin yoxlanılması aktlarının icrası
• Əsas vəsaitlərin struktur bölmələr və əməkdaşlar üzrə uçotunun aparılması
• Bankın müxtəlif struktur bölmələrində, filial və şöbələrində baş tutan təhvil-təslim işlərində iştirak
• Əsas vəsaitlərin uçotunun avtomatlaşdırılması layihələrində yüksək səviyyədə iştirak

Tələblər:

• Müvafiq sahədə ali təhsil
• Hesabat planı, əsas müxabirləşmələr və əsas mühasibatlıq prinsiplərini bilmək
• Komandada işləmək bacarığı və stressə dözümlülük
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Yüksək Azərbaycan dili bilikləri
• Rus və ingilis dili bilikləri arzuolunandır
• Müvafiq sahədə minimum 3 il təcrübə

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi