10 C
Baku
Wednesday, December 11, 2024

1C Operator – Accounting & Tax Resources

0
1C Operator – Accounting & Tax Resources
Bakı
17.04.2020

Şirkət haqqında:

Accounting & Tax Resources” MMC Azərbaycan Respublikasının vətəndaşları tərəfindən təsis edilmiş, 30 avqust 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Bir Pəncərə” sistemi ilə qeydiyyata alınmış və fəaliyyətinə başlamışdır. Şirkətimiz “ ATR accounting & tax resources” ticarət nişanı altında müstəqil şirkətlərlə çalışan beynəlxalq təcrübəyə malik işçi heyəti ilə mühasibat uçotu, menecment konsaltinqi, maliyyə məsləhəti, vergi və hüquq xidmətləri göstərmək üçün əməkdaşlıq edir. Şirkətin istedadlı, yüksək təlim keçmiş işçi heyəti bu xidmət sahələrində və yerli bazarda dərin təcrübəyə malikdir. Fəaliyyət müddəti ərzində beynəlxalq standartlara əsaslanan zəngin maddi və texniki baza yaratmış olan ATR müştərilərini beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlə təmin etmiş və sabit sifarişçi portfeli yaratmağa nail olmuşdur. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: 1C Operator

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 1 il
Təhsil: Ali təhsil (İqtisadiyyat üzrə)
Yaş həddi: 22 və ya üzəri
Əmək haqqı: 400 AZN

İş barədə məlumat

– Bütün əməliyyatların (Bank, Kassa, Alış , Satış, Əmək haqqı və s) 1C sisteminə daxil edilməsi
– Rəhbərlik tərəfindən verilən məlumatların Excel ə işlənməsi
– Müvafiq ayın və ilin proqram üzərindən “Bağlanması”
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Müraciət etmiş müştərilərin suallarını cavablandırmaq
– Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi
– Həftədə 5 gün iş günü 09:00-dan 18:00-dək 6-cı gün 10:00 dan 14:00 dək

Vəzifə Öhdəlikləri

– 1C 8.3 verisyasında sərbəst işləmək qabiliyyəti
– Əməliyyatları yerinə yetirərkən yaranmış problemlərin həll olunması;
– Sənədlərin sistem üzərində düzgün şəkildə qeydiyyata alınması;
– Qalıq analizinin düzgün şəkildə aparılması;
– Lazımi sənədlərin rəhbər vəzifəsində çalışan şəxslərə təqdim edilməsi
– 1C proqramına daxil olan yerdəyişmə qaimələrin növbəti gün yoxlanılmalı;
– Uyğunsuzluq aşkar edilən kimi müvafiq şəxslərə məlumat vermək.
– 1C proqramına vurulmuş qayda pozuntularını aşkar edib, bununla bağlı rəhbərliyi məlumatlandırmaq;
– Anbarda məhsulların çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq;
– Gördüyü işlər barəsində hesabatların vaxtında və düzgün formada təqdim etmək.

Özünü bu vakansiyada sınamaq istəyən namizədlərdən [email protected] ünvanına “1C üzrə Operator” başlığı altında CV göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Əməliyyatçı, İT