20 C
Baku
Saturday, September 28, 2024

Abşeron İstehsalat bölümü-Rəis müavini – SOCAR

0
Abşeron İstehsalat bölümü-Rəis müavini – SOCAR
Siyəzən
16.05.2024

Vakansiyanın təsviri

• Geoloji-texniki naryada, texnoloji rejim xəritəsinə və qazma işlərinin plan qrafikinə uyğun olaraq quyuların qazılması işinə rəhbərlik edilməsi ;
• Quyular üzrə geofiziki ölçü işlərinin həyata keçirilməsi və geoloji təhlillərin aparılmasının təşkil edilməsi;
• Geoloji hesabatların və texniki sənədləşmə işlərinin təşkili və rəhbərlik edilməsi;
• Neft-qaz əməliyyatlarında qabaqcıl hesab edilən iş metodlarını fəaliyyətində tətbiq etmək;
• Daha əlverişli iş şəraitinin yaradılması və istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər görmək;
• Tabeliyində olan istehsalat obyektlərində operativ sənədləşmənin aparılmasını və onların fəaliyyətinin nəticələri haqqında gündəlik məlumatın vaxtında trestə təqdim edilməsini təşkil etmək;
• Bölümün fəaliyyəti haqqında təyin olunmuş hesabat sənədləri və məlumatların vaxtında və keyfiyyətlə tərtib olunmasını təşkil etmək və onları müvafiq orqanlara təqdim etmək;
• İşçilərin əmək şəraiti və kollektivdə qarşılıqlı münasibətlərini sistematik olaraq öyrənmək, bölümdə mehriban, iş qabiliyyətli, intizamlı, mənəvi cəhətdən möhkəm kollektiv yaratmaq, hər bir işçidə sex, sahədəki işin vəziyyətinə görə məsuliyyət hissini tərbiyə etmək;

Xüsusi tələblər

 

  • Axtarış, kəşfiyyat və istismar qazmasını;
  • İstehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
  • Quyularda aparılan mədən-geofiziki tədqiqat işlərini;
  • Avadanlıqların texniki xüsusiyyətlərini, onların istismar qaydalarını;
  • Quyuların qazma texnologiyasını;
  • Qazma meydançalarının geoloji quruluşunu, quyu tikintisinin texniki qaydalarını;
  • Qazma işlərinin geoloji-texniki naryada uyğun həyata keçirilməsini;
  • Kəmərin endirilməsi, sementlənməsi və kipliyə yolxanılması işlərinin həyata keçirilməsini;
  • Qazma prosesi zamanı geoloji mürəkkəbləşmələrin xarakteri və baş verməsi səbəblərinin araşdırılması, müəyyən edilməsi və onların aradan qaldırılması yollarını;
  • Quyular üzrə geofiziki ölçü işlərinin həyata keçirilməsi və geoloji təhlillərin aparılmasını;
  • SOCAR tərəfindən təsdiq olunmuş Azərbaycan neft sənayesində əməyin mühafizəsini vahid idarəetmə sistemi»ni;
  • Əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyini;

 

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər