12 C
Baku
Sunday, November 17, 2024

Accountant (AC) – Immobilien Invest

0
Accountant (AC) – Immobilien Invest
Bakı
27.09.2021

Mühasib (AC) / Accountant (AC)

İş haqqında məlumat:

• Bütün mühasibat əməliyyatlarını mühasibat prinsiplərinə əsasən aparmaq
• Büdcələrin hazırlanması və maliyyə proqnozları
• Maliyyə hesabatlarının vaxtında nəşr edilməsi
• Ay sonu və il sonu proseslərinin keçirilməsi
• Hesab məlumatlarını toplamaq, təhlil etmək və yekunlaşdırmaq
• Balans, gəlir/ zərər hesabatının hazırlanması və s.
• İdarəetmə üçün periodik hesabatların hazırlanması
• Maliyyə əməliyyatları üzrə audit və mühasibat nəzarəti prosedurlarının sənədləşdirilməsi
• Məlumatın gizli saxlanması və onları təsadüfi verilənlər bazası ehtiyatları ilə təmin etmək
• Maliyyə siyasəti, tənzimləmə və qanunvericiliyin qorunması

Tələb olunan bacarıqlar:

• İngilis dili bacarıqları (Ən azı B1 səviyyəsi)
• Biznes, Maliyyə, Mühasibat və ya digər əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi
• Azərbaycan Respublikasının Verqi Məcəlləsini bilməli
• Əmək və nizam-intizam qaydalarına riayət etməli
• Mükəmməl Microsoft Office 2019 bacarıqları və 1C Proqramında sərbəst işləməli
• Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalı
• Böyük miqdardakı məlumatların idarə etməli
• Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
• Nəzarət etmək və yerində təlimat vermək bacarığı
• Detallar üzrə yüksək dəqiqlik
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli

Zəhmət olmasa, CV-nizi [email protected] ünvanına e-poçt mövzu sətrində “Mühasib (AC)” yazaraq göndərin.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib