08.07.2019
Administrasiya və Təhlükəsizlik Departamentinin rəhbəri
Əsas öhdəlikləri:
- Administrasiya və Təhlükəsizlik Departamenti üçün prosedurların işlənib hazırlanması və təkmilləşdirilməsi;
- Təchizat, bank ödənişləri, katiblik, kargüzarlıq və inşaat işlərinin koordinasiyası;
- Bank əməkdaşları üçün lazımi iş şəraitinin yaradılması məqsədi ilə effektiv və qənaətli
əməliyyatların təmin olunması; - Zəruri hallarda inşaat, təmir və quraşdırma işlərinin planlaşdırılması və nəzarət edilməsi,
planlaşdırılmış və dar ixtisaslı texniki xidmət işlərinin icrası; bütün bu əməliyyatlar üçün büdcənin
hesablanması və xərclərə nəzarət edilməsi; - Baş Ofisin və filialların inzibati binalarında fasiləsiz su və elektrik təchizatının və isitmə sistemlərinin tənzimlənməsi; bağlanmış müqavilələr əsasında sistem və avadanlıqların təmirinin və onlara xidmət göstərilməsinin təşkili;
- Tender hazırlığı mərhələsində təchizatçılarla və xidmət şirkətləri ilə görüşlərin keçirilməsi;
- Bankın fiziki, texniki və mülki mühafizəsinin təşkilinə nəzarət edilməsi;
- Baş Ofisdə və filiallarda təhlükəsizlik tədbirlərinin və əməliyyatlarının hazırlanması və idarə
olunması
Tələblər:
- Baş Administrasiyada menecer qismində ən azı 5 illik iş təcrübəsi (bankçılıq sahəsində təcrübəyə
üstünlük verilir) - Ali təhsil
- Mükəmməl Azərbaycan və rus dilləri biliyi
- Microsoft Word, Excel, Outlook proqramlarını bilmək
- Mükəmməl ünsiyyət vərdişləri və problemləri həll etmək bacarığı
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahişolunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | İT |