“AIR-Group” vakansiyalar: 600-dən 2500 AZN-ə qədər əməkhaqqı

    0

    Posted 7 ay ago

    1. Marketinq şöbəsinin mütəxəssisi

    Namizədə tələblər


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Təhsil:Marketinq ixtisası üzrə bakalavr təhsili
    Magistr təhsili (tam ali təhsil) və ya xaricdə təhsili olanlara üstünülük verilir.
    İş təcrübəsi – minimum 2 il.

    Nəzəri / təcrübi bilik və bacarıqlar

    1.  Marketinq araşdırmalarının təşkili;
    2.  Marketinq təhlillərinin həyata keçirilməsi;
    3.  Marketinq kommunikasiya alətlərinin idarəedilməsi;
    4.  Rəqəmsal marketinq fəaliyyətinin təşkili;
    5.  Tədbirlərin və Sərgilərin təşkili;
    6.  Reklam mətnlərinin və şüarlarının yaradılması;
    7.  Marketinq tərəfdaşları ilə işin təşkili.

    Dil bilikləri

    Azərbaycan, İngilis və Rus dillərini səlis bilməli;
    Əlavə dil bilikləri üstünlük hesab edilir.

    Kompüter bacarıqları

    MS Office proqramlarını mükəmməl bilməli;

    Yaş tələbi 20 – 30 yaş

    Əlavə məlumatlar:

    • Maaş: 600-800 AZN
    • İş qrafiki: 5 gün, 09:00 – 18:00.

    Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini mövzu hissəsində “marketinq şöbəsinin mütəxəssisi” sözlərini qeyd edərək hr@airgroup.az  elektron ünvanına göndərsinlər.

    ___

    2. Loyallıq və  Məqsədyönlü Marketinq üzrə departament direktoru

    Vəzifəyə aid qoyulan tələblər

    • Təhsil:Ali təhsil İqtisadi və ya Marketinq istixası üzrə ; 
    • Təcrübə: minimum rəhbər vəzifəsində 3 il ;
    • Yaş: 30 – 45 ;
    • Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dili arzuolunandır) ;

    Tələblər:

    – Düzgün şifahi nitq qabiliyyəti və elektron yazışma qaydalarına riayət etməli ;
    – Analitik düşünmə qabiliyyətinə malik olmalı ;                              
    – Yüksək kreativlik və təşəbbüskarlıq ;                                                                                                              
    – Müstəqil qərar qəbul etmək bacarığı və qətiyyətlilik ;                                                                                 
    – Paralel olaraq müxtəlif  layihə və tapşırıqların idarə etmə qabiliyyəti ;Detallara diqqət etməli, yaradıcı olmalı və təqib etməl i;                                                                              
    – Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli ;
    – MS Office proqramlarını mükəmməl bilməli ;                                                                                             
    – Vaxtın düzgün idarə edilməsi ;  
    – Daim üzərində işləməli və yeniliklərin axtarışında olmalı. 

    Vəzifə öhdəlikləri:

    – Layihə üzrə illik iş planlarının tərtib edilməsi ;
    – Potensial və mürəkkəb müştərilərin təhlil aparılması ;
    – Biznes imkanlarının təhlil edilməsi ;                                                                                                                             
    – Müvafiq hesabatların hazırlanması  ;                                                                                                
    – Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması ;                                                                                                                          
    – Məqsədyönlü marketinq və loyallıq sahələrində yerli bazardakı dinamik trendlərin monitorinqi və təhlili, eləcə də rəqiblərin fəaliyyətinin şirkətə təsirinin qiymətləndirilməsi ;
    – Yeni məhsulların analiz edilməsi, qiymətləndirilməsi,mövcud məhsulların inkişaf etdirilməsi və  xidmətlərə dair biznes keyslərin hazırlanması ; 
    – Hədəf qruplarının satış səviyyəsinin artırılması və digər məhsulların satışının icrasına təkan vermək üçün müvafiq bölmələr ilə əməkdaşlıq edilməsi ;                                             

    Əlavə məlumatlar:

    • Əmək haqqı: 2000-2500 AZN;

    Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində ” Loyallıq və  Məqsədyönlü Marketinq üzrə departament direktoru” yazmaqla hr@airgroup.az  elektron ünvanına göndərə bilərlər

    _____

    3. Marketinq şöbəsinin müdiri

    Namizədə tələblər

    Təhsil:Marketinq ixtisası üzrə bakalavr təhsili
    Magistr təhsili (tam ali təhsil) və ya xaricdə təhsili olanlara üstünülük verilir.
    İş təcrübəsi – minimum rəhbər vəzifəsində 5 il.

    Nəzəri / təcrübi bilik və bacarıqlar

    1. Marketinq araşdırmalarının təşkili;
    2. Marketinq təhlillərinin həyata keçirilməsi; 
    3. Biznes imkanlarının müəyyən edilməsi; 
    4. Biznes modellərin və proseslərin hazırlanması; 
    5. Potensial müştərilərlə danışıqların aparılması; 
    6. Biznes layihələri üzrə digər işlərin icrası;
    7. Marketinq kommunikasiya alətlərinin idarəedilməsi;
    8. Rəqəmsal marketinq fəaliyyətinin təşkili;
    9. Tədbirlərin və Sərgilərin təşkili;
    10. Reklam mətnlərinin və şüarlarının yaradılması; 
    11. Marketinq tərəfdaşları ilə işin təşkili.

    Dil bilikləri

    Azərbaycan, İngilis və Rus dillərini səlis bilməli;
    Əlavə dil bilikləri üstünlük hesab edilir.

    Kompüter bacarıqları

    MS Office proqramlarını mükəmməl bilməli;

    Yaş tələbi 25 – 30 yaş

    Əlavə məlumatlar:

    • Maaş: 1000-1200 AZN
    • İş qrafiki: 5 gün, 09:00 – 18:00.

    Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini mövzu hissəsində “marketinq şöbəsinin müdiri” sözlərini qeyd edərək hr@airgroup.az  elektron ünvanına göndərsinlər.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online